logo
Önsəhifə-Əziz Səlami
Altun'un son anları
Bahar'a Yazdıqlarım
Axar Kitab
Anamın yurdu ...
Qanadlılar
Torpaq duyur ...
Susmaz Mahnı
Yollar Boyu Dostumuz
Rose Ausländer
Else Lasker
Mahnılar Mahnısı
Solmayan Ulduzlar
Ximenez
Yapon Şeirləri
Çin Şeirləri
əlaqə
(pdf-link) - Kitabı üstünə basmaqla aça bilərsiniz
(pdf-link) - Kitabı üstünə basmaqla aça bilərsiniz

YOL ÜSTÜNDƏ AĞAC

 

 

İnsan olmayacaqdımsa

Uzaq bir yol üstündə ucalan

Qocaman

          bir ağac olaydım kaş,

Yayaydım dörd yanıma

Yaşıl qolumu,

Yoldan ötən yorğun yolçu

Dincələydi kölgəmdə,

Qurudaydı tərini

Və sonra

Gedəydi yolunu.

                                                                             

 

 

 

 

 

 

Azerbaidjan poems and literature

Azery, Azərbaycan şer və ədəbiyat